Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb


Kriminal 29 Sen 2021 23:00:00 231 0

Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Əliyev Asif Abbas oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, A.Əliyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.