Gürcüstan koronavirus əleyhinə iki yeni preparat alacaq


Dünya 29 Sen 2021 22:04:00 236 0

Gürcüstan koronavirus əleyhinə iki yeni preparat alacaq

Gürcüstan koronavirus əleyhinə iki yeni preparat alacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin ilk partiyası Gürcüstana yaxın günlərdə gətiriləcək.

İkinci partiyanın isə ölkəyə oktyabr ayının ikinci yarısında gətiriləcəyi gözlənilir.

Nazir müavini bildirib ki, hər iki preparat koronavirusa yoluxan pasiyentin vəziyyətinin ağırlaşması riskini kəskin şəkildə azaldır.

"Bu dərman vasitələrindən - baritsitinib və monoklonal anticisimlərdən hələlik ABŞ, Böyük Britaniya və İtaliyada istifadə olunur. Gürcüstan bu iki preparatın tətbiq olunacağı ilk ölkələrdən biri olacaq", - deyə, T.Qabuniya vurğulayıb.