Gürcüstanda COVID19a yoluxanların sayı 611 mini ötüb


Dünya 29 Sen 2021 12:12:00 222 0

Gürcüstanda COVID19a yoluxanların sayı 611 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 929 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.

Son.az bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 611 269, xəstəlikdən ölənlərin sayı isə 8 917 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 582 805 (95%) nəfərin sağaldığı bildirilir.

Son.az