Generaldan MÜHÜM AÇIQLAMALAR: 44 günlük müharibədə ermənilər belə tora salınıb


Digərləri 29 Sen 2021 12:06:00 99 0

Generaldan MÜHÜM AÇIQLAMALAR: 44 günlük müharibədə ermənilər belə tora salınıb

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev ilk dəfə Vətən Müharibəsində gedən döyüşlərdən danışıb.

O, düşmənin hava hücumundan müdafiə sistemlərinin necə məhv edilməsini açıqlayıb.

Son.az bildirir ki, general-leytenant "Xəzər TV"də yayımlanan "Qisas qiyamətə qalmadı" sənədli filmində hərb tarixindəki görülməyən taktiki gedişdən söz açıb:

"Müharibənin ilk günlərində Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycan məxsus qırıcı təyyarələrin vurulmasını sevinclə qeyd edirdi. Lakin sonradan anladılar ki, onların vurduqları hədəflər 50 il bundan əvvəl istismara verilmiş və kənd təsərrüfatında istifadə olunan təyyarələrdir".