"İnsanların fikri mənim üçün önəmli deyil"


Şou-biznes 29 Sen 2021 11:48:00 101 0

"İnsanların fikri mənim üçün önəmli deyil"

Müğənni Ayan Babakişiyeva "Üzə-düz" verilişində qonaq olub.

Son.az big.az-a istinadən xəbər verir ki, veriliş zamanı müğənni Nadirlə yayılan və müzakirələrə səbəb olan görüntülərindən danışıb:

"Nadir Qafarzadə ilə yayılan görüntülərə də münasibət bildirmək istəyirəm. Bir insandan soruşurlar. Necəsən? Deyir, kiminə görə yaxşıyam, kiminə görə pisəm. Kiminə görə gözəl və ya çirkinəm. Kimi üçün vicdanlı və ya vicdansızam. Məni necə görmək istəyirsinizsə, mən eləyəm. O insanların fikri mənə önəmli deyil. Bir insanın xarakteri necədirsə, onun həyata baxışı da elədir. Mən onu dəyişə bilmərəm. Pis insanlar mələyi də şeytan görürlər. Onların fikrini dəyişməyə nə həvəsim, nə də vaxtım yoxdur! Bu şou dünyasıdır və burda hər şey baş verir. Hər kəsin özəl həyatı var. O insanlar da bizi bilir. Mən özümü tanıyıram? Mənə yetər!"