Türkiyədə son sutkada koronavirusdan 30 336 nəfər sağalıb


Dünya 29 Sen 2021 07:17:00 95 0

Türkiyədə son sutkada koronavirusdan 30 336 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 239 nəfər vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki,  bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 356 661 nəfər test edilib, 28 892 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 30 336 nəfər sağalıb.