Reper pedofilliyə görə həbs olundu


Dünya 29 Sen 2021 06:06:00 121 0

Reper pedofilliyə görə həbs olundu

ABŞ məhkəməsi amerikalı reper və prodüser R.Kelli (əsl adı Robert Silvester Kelli) barəsində həbs qərarı çıxarıb.

Son.az xəbər verir ki, bu barədə Nyu-York Post öz Twitter hesabında məlumat yayıb. Məhkəmə onu qəsb etmək, cinsi məqsədlər üçün insan alveri və azyaşlılara qarşı cinsi istismarda günahkar sayıb.

R.Kellini 30 il həbs cəzası gözləyir. Məşhur ifaçı 2019-cu ilin yayından həbsdədir. Yetkinlik yaşına çatmayan qızlara təcavüz etmək, uşaq pornoqrafiyası hazırlamaq, cinsi təcavüz etmək və istintaqa mane olmaq da daxil olmaqla ona qarşı 10-dan çox ittiham irəli sürülüb.

Kamran Seyidov Son.az