Afaq Gəncəlini kimin əvəz edəcəyi bilindi


Şou-biznes 29 Sen 2021 04:04:00 103 0

Afaq Gəncəlini kimin əvəz edəcəyi bilindi

Uzun illər Afaq Gəncəlinin təqdimatında nümayiş olunan "ATV maqazin onlarla" proqramının yeni aparıcısı bəlli olub.

Son.az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, verilişə yeni televiziya mövsümündən Nanə Ağamalıyeva aparıcılıq edəcək.

Proqramın yeni buraxılışları yaxın günlərdə tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Nanə ATV-də "Günün sədası", "Nanəli" proqramlarını aparırdı.