Günün qoroskopu: Yaşamınızda nəyisə köklü şəkildə dəyişməyə dəyməz


Digərləri 29 Sen 2021 00:01:00 145 0

Günün qoroskopu: Yaşamınızda nəyisə köklü şəkildə dəyişməyə dəyməz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ruhdan düşməyin, bədbinliyə qapılmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmasa da, bunu bacaracaqsınız. Dəstək vəd etmiş insanlara bel bağlamayın. Problemləri özünüz həll edin. Müstəqil çalışın. İradəli və qətiyyətli olsanız, niyyətinizi gerçəkləşdirə bilərsiniz.

Günün ikinci yarısında gəlirlər istisna deyil. Alış-verişə tələsməyin. Dürüst seçim etmək asan deyil.

Müqavilələr, anlaşmalar və sövdələşmələrdə diqqətli olun. Kiçik detallara fikir verin. Qanuna tam riayət edin.

Axşam saatlarında yaxınlarınıza yardım etmək üçün bəzi işlərdən imtina etmək zərurəti yaranacaq.

Buğa - gərgin, mürəkkəb gündür. Səbr kasanız asanlıqla daşmasın. Ən xırda məsələlərə qıcıqlansanız, bədxahlarınız bundan istifadə edəcəklər. Şübhəli insanlara inanmayın, onların sizinlə manipulyasiya etməsinə imkan verməyin.

Günün ikinci yarısında düşünülməmiş, tələsik qəbul ediləcək qərarlar işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə bilər.

Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində saxlayın. Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski var. Adi günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq məcburiyyətindəsiniz.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - sizdə kəskin antipatiya hissləri yaradan insanlardan uzaq durmağa çalışın. Onların mənfi təsirindən qorunmaq asan olmaya bilər. Aramla çalışın, orqanizmi sınağa çəkməyin. Arzular, illüziyalar və yaxın gələcəklə bağlı planlar arasında sərhədi dəqiq bilin. Əks təqdirdə yaxınlarınız sizi anlamayacaqlar.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Sümük və oynaq ağrıları istisna deyil. İdmanla məşğul olarkən, gəzintidə sərvaxt olun. Travma riski var.

Xərçəng - tələskən olmayın. Düşünüb-daşınmadan qərar verməyin. Situasiyanı anlamağa çalışın. Bütün şərtləri dəqiq, səbrlə dəyərləndirin. Bundan sonrakı günlərdə riayət edəcəyiniz strategiyanı seçin.

Ambisiyalarınıza nəzarət edin. Rəqiblərlə sərt mübarizəyə başlamayın. Qüvvə və enerjinizə qənaət edin. Müvəqqəti olaraq kölgəyə çəkilin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş olacaq. Ciddi çətinliklər və problemlər olmayacaq. Yaxınlarınız yaxşı məsləhətlər verəcəklər.

Axşam saatlarını dəyər verdiyiniz adamlarla keçirin. Onlarla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.

Şir - gərgin, ağır, qarışıq gündür. İzafi diqqət və ciddi yanaşma tələb edən işlərdə səhlənkarlıq etməyin. Başdansovdu fəaliyyətin fəsadları çox ağır ola bilər. Fiziki işdən qaçmayın.

Günün ikinci yarısında alış-verişdə çox pul xərcləməyin. Əhvalınızı yaxşılaşdırmaq üçün əsla ehtiyac duymadığınız nəsnəni almayın.

Sizi anlayan insanla görüşməyə vaxt tapın. Onların dəstəyinə ehtiyacınız var. Bacarıq və istedadınıza şübhə edən şəxslərlə, ümumiyyətlə, ünsiyyətdə olmayın. Belə adamlara görə özünüzə əminliyiniz azala bilər.

Qız - yarımçıq işləri bitirməyincə yeni işlərə başlamayın. Əvvəlki günlərdə fərqli olaraq qarışıq, laübəli zamandır. İşdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlar təşəbbüskar olmağınıza adət ediblər.

Çətin situasiyada lider olun.

Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə işlər artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər istisna deyil.

Axşam saatlarına yaxın əhvalınızda pisləşmə ola bilər. Meditasiya və ya yoqa ilə məşğul olmaq mümkündür.  

Tərəzi - yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədikləri problemləri həll edə biləcəksiniz. Karyera müstəvisində irəliləmək şansları var. Yeni, maraqlı işgüzar təkliflər alacaqsınız. Qarşınızda fərqli üfüqlər, perspektivlər açılacaq. Uğurlarınız diqqətdən kənarda qalmayacaq. Yaxın ətrafınızdakı insanlar arasında sizə paxıllıq edən yoxdur.