Xalq Artistinin məzar daşı hələ də qoyulmayıb


Şou-biznes 28 Sen 2021 18:24:00 98 0

Xalq Artistinin məzar daşı hələ də qoyulmayıb

Xalq artisti Ramiz Əzizbəylinin dünyasını dəyişməsindən 4 ay ötür.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyorun məzar daşı hələ də qoyulmayıb.

Mərhum Xalq artistinin qızı Xədicə Əzizbəyli məsələ ilə bağlı Axşam.az-ın sualını cavablandırıb. O bildirib ki, yaxın günlərdə məzar daşı sifariş edəcəklər:

"Qəbir daşını öz vəsaitimizlə düzəltdirəcəyik. Forma üzərində qərar verib sifariş edəcəyik. İnşallah, yaxın günlərdə məzar daşı qoyular".