Məşhur cütlük boşanır


Şou-biznes 28 Sen 2021 17:54:00 128 0

Məşhur cütlük boşanır

Uşaq sahibi olmaq istəməməsi səbəbiylə problem yaşayan cütlük aktrisa Bensu Soral və həyat yoldaşı Hakan Baş ayrılıq qərarı alıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, cütlük haqlarında çıxan ayrılıq xəbərlərini yalanlasalar da sonda boşanmaq qərarına gəliblər. Hər iki tərəf məhkəməyə müraciət etmək üçün vəkilləri ilə görüşməyə başlayıb.

Qeyd edək ki, Bensu bir müddət əvvəl "Cam tavanlar" serialındakı tərəf müqabili Kubilay Aka ilə səmimi şəkildə görüntülənmişdi. Eyni zamanda Hakanın da fenomen Mina Ceranla məkanların birində səmimi şəkildə əyləndiyi iddia olunmuşdu.