Toyunda geyindiyi gəlinliyi hədiyyə verdi


Şou-biznes 28 Sen 2021 16:42:00 125 0

Toyunda geyindiyi gəlinliyi hədiyyə verdi

Türkiyəli müğənni Ece Seçkin pilot sevgilisi Çağrı Tərləməzlə ailə həyatı qurduqdan sonra gəlinliyini hədiyyə edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. O, toyunda geyindiyi 2 gəlinlikdən birini ötən gün konsertdən sonra pərəstişkarına bağışlayıb. 

"Nurten gəlinliyimi gördükdən sonra mənimlə əlaqə saxladı. Fotolarını və bədən ölçülərini mənə göndərdi. Dünən İzmirdə gerçəkləşən konsertimə gəldi. Həqiqətən də mənə oxşayan bir gəlin namizədi görmək çox həyəcanvericidir" deyə, o, bildirib.

Ece bundan başqa digər gəlinliyini də növbəti konsertində uyğun birinə hədiyyə edəcəyini açıqlayıb.