Toydan üç gün əvvəl keçmiş sevgilisini və gəlini zəhərlədi


Dünya 28 Sen 2021 16:48:00 173 0

Toydan üç gün əvvəl keçmiş sevgilisini və gəlini zəhərlədi

Braziliyada sevgilisi tərəfindən tərk edilmiş qısqanc qadın toydan üç gün əvvəl keçmiş sevgilisini və onun nişanlısını şokoladla zəhərləyib.

Son.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb. Araşdırmalardan sonra məlum olub ki, 35 yaşlı Dion Quirino və 27 yaşlı nişanlısı Minas Amanda Cassia Lopez adlı qadın tərəfindən bir paket şokolad alıb. Cütlük bunun toy hədiyyələrindən biri olduğuna inanır, çünki bir qutu şokoladdan başqa paketdə bir neçə kristal şüşə də olub. Quirino və Lopez dərhal şirniyyatlardan dadır. Hətta itə də pay çatır. Bir müddət sonra bütün ailə özünü pis hiss edir və xəstəxanaya aparılır. İndi dörd nəfər ağır vəziyyətddir - it isə ölüb. Ertəsi gün polis şübhəlini saxlayır.

Kamran Seyidov Son.az