“PKK”nın Ermənistan üzrə nümayəndəsi məhv edildi


Digərləri 28 Sen 2021 16:18:00 127 0

“PKK”nın Ermənistan üzrə nümayəndəsi məhv edildi

"PKK" terror təşkilatının rəhbər şəxslərindən biri olan Engin Karaaslan Türkiyənin Milli kəşfiyyat Təşkilatı tərəfindən zərərsizləşdirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Anadolu Agentliyi yayıb.

Məlumata əsasən, "PKK" terror təşkilatının "Mərkəzi Komitə üzvü" olan və kod adı "Haydar Varto" olan Karaaslan Suriyanın şimalında həyata keçirilən əməliyyat zamanı məhv edilib. 

Engin Karaaslan "İnterpol" tərəfindən "qırmızı bülleten"lə axtarışda olub. Bildirilir ki, o, bu günə qədər Suriyada zərərsizləşdirilən ən yüksək səviyyəli terrorçudur.