Kolumbiyada göydələn Azərbaycan bayrağının rənglərinə bürünüb


Dünya 28 Sen 2021 12:05:00 105 0

Kolumbiyada göydələn Azərbaycan bayrağının rənglərinə bürünüb

Kolumbiyanın paytaxtı Boqota şəhərində məşhur "Colpatria" binası 27 Sentyabr - Anım günü münasibətilə Azərbaycan bayrağının rənglərinə bürünüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbov "Twitter" səhifəsində yazıb.

Binanın üzərində "27 sentyabr - Azərbaycan qəhrəmanlarını xatırlayır" sözləri işıqlandırılıb.

"Colpatria" göydələni Kolumbiyada dördüncü ən hündür binadır.

Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə Anım günü qeyd edilib.