Etirazçılar özlərini yerə yapışdırdılar


Dünya 28 Sen 2021 12:00:00 118 0

Etirazçılar özlərini yerə yapışdırdılar

Böyük Britaniyada polis magistral yolların birində nəqliyyata mane olan 50-dən çox fəalı həbs edib.

"Insulate Britain" hərakatının eko-fəalları "Heathrow" hava limanının yaxınlığındakı ən əhəmiyyətli magistrallardan birində yapışdırıcı ilə özlərini yerə yapışdırıblar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildirilib ki, 53 nəfər saxlanılıb, hərəkətin pozulmasını minimuma endirmək üçün çalışıblar.

Polis etirazçılardan bəzilərinin asfaltın səthinə yapışdırılmasının hüquq-mühafizə orqanlarının işini çətinləşdirdiyini də bildirib.