Xəzərdə köməksiz qalan 3 nəfər xilas edilib


Digərləri 28 Sen 2021 10:21:00 118 0

Xəzərdə köməksiz qalan 3 nəfər xilas edilib

Xəzərdə köməksiz qalan 3 nəfər xilas edilib.

Son.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 25-də saat 05:25 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxmış və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalmış qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müra­ciət edildiyi barədə məlumat daxil olub.

Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən "Şah Dili" burnu istiqamətində sahil­dən təx­minən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkar­lan­­ıb.