Bu 3 ərazi Azərbaycanın nəzarətinə qaytarılır


Digərləri 28 Sen 2021 10:33:00 110 0

Bu 3 ərazi Azərbaycanın nəzarətinə qaytarılır

Rusiyanın "RBK" xəbər saytı tərəfindən Qarabağla bağlı paylaşılan xəritə böyük müzakirə mövzusuna çevrilib.

Belə ki, sözügedən xəritədə Ağdərə, Xocalı və Xocavəndin yaxın zamanda Azərbaycanın nəzarətinə qaytarılacağı öz əksini tapıb.

Sonradan mənbə həmin paylaşımı silsə də bu, məsələnin reallığı ilə bağlı şübhələri daha da artırıb.

Son.az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Üzeyir Cəfərov da bu ehtimalları yüksək qiymətləndirib:

"Yaxın zamanlarda sözügedən ərazilərin Azərbaycanın yuridiksiyasına qayıdacağına heç kimin şübhəsi olmasın. Rusiya saytları müxtəlif məlumatlar yayırlar. Amma mən bu informasiyanın doğruluğuna inanıram və bilirəm ki, bu istiqamətdə iş aparılır.

Eyni zamanda bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə verdiyi müsahibəsində rus sülhməramlıları, həm də İranla bağlı narazılığını ifadə edib. Düşünürəm ki, bunlar diqqətdən yayınacaq məqamlar deyil. Yaxın zamanlarda bəzi digər məsələlərin də şahidi olacağıq".

Qeyd olunan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının sülh və ya hərbi güc vasitəsilə baş verəcəyi sualına isə Üzeyir Cəfərov bu cür cavab verib:

"Sülhməramlıların nəzarətinə baxmayaraq münaqişə onsuzda hər zaman baş verir. Sadəcə olaraq biz imkan verməməliyik ki, onlar hər hansı təxribatlar törətsinlər. Düşünürəm ki, yaxın perspektivdə regionda bizim üçün pozitiv hadisələrin şahidi olacağıq".

Siyasi ekspert, eks-deputat Cümşüd Nuriyev də Bizim.Media-ya verdiyi müsahibəsində qeyd olunan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının real olduğunu bildirib: