Yanacaq böhranı yarandı


Dünya 28 Sen 2021 10:36:00 105 0

Yanacaq böhranı yarandı

Britaniya hökuməti ölkədə yaşanan yanacaq böhranı səbəbindən ordunu səfərbər etməyi planlaşdırır.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.

"Hökumət yanacaqdoldurma məntəqələrində yaranan uzun növbələrə görə ordunu səfərbər etməyi hədəfləyir", - deyə bildirilib.

"Tayms" nəşri yazır ki, yanacaq tədarükünün kəsilməsinə gətirən sürücü çatışmazlığı səbəbindən hərbçilər məhz yanacaqdaşıyan maşınların sürücüsü kimi işə cəlb oluna bilərlər. "Eskalin əməliyyatı" adlanan plan yalnız vəziyyətin kritik həddə pisləşəcəyi halda tətbiq olunacaq.