Daha bir ölkə turistlər üçün sərhədlərini açır


Dünya 28 Sen 2021 08:53:00 113 0

Daha bir ölkə turistlər üçün sərhədlərini açır

Tayland hakimiyyəti koronavirus əleyhinə peyvənd edilən xarici turistlərin 1-30 noyabr tarixlərində Banqkoka və ölkənin digər 9 əyalətinə daxil olmasına icazə verməyi planlaşdırır.

Qeyd edilir ki, müsafirlərə əyalətlərin yalnız xüsusi olaraq təyin edilmiş "turizm zonaları" açıq olacaq.

Dekabrın 1-dən dekabrın 31-dək isə daha 20 əyalətə gəlməyə icazə verilməsi planlaşdırılır.

Sentyabrın 29-dan etibarən ölkənin əksar hissələrində tətbiq edilən bəzi məhdudiyyətlər götürüləcək. Tədricən burada spa, kinoteatr, idman meydançaları, biznes mərkəzləri və əyləncə obyektlərinin fəaliyyətinə icazə veriləcək.