Yunanıstanda zəlzələ olub, ölən var


Dünya 28 Sen 2021 08:13:00 89 0

Yunanıstanda zəlzələ olub, ölən var

Yunanıstanın Krit adasında 5,8 bal gücündə zəlzələ olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Afina Milli rəsədxanasının Geodinamika institutundan bildirilib.

Zəlzələ nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Yeraltı təkanların episentri Kritin paytaxtı Heraklion şəhərindən təxminən 25 km cənubda, ocağı 10 km dərinlikdə yerləşib. Qeyd edilir ki, birinci zəlzələdən qısa müddət sonra 4,3 bal maqnitudasında ikincisi qeydə alınıb.