Yenidoğulmuşların bəzi fiziki xüsusiyyətləri


Digərləri 28 Sen 2021 08:01:00 151 0

Yenidoğulmuşların bəzi fiziki xüsusiyyətləri

İlk uşaq sevincdən və xoşbəxtlikdən əlavə valideynlərdə həyacana və müxtəlif qorxulara səbəb olur. Valideynlərə hər zaman elə gəlir ki, uşaqda hər hansı xəstəlik və ya patologiya var.

Təbii ki, bəzi simptomlar həqiqətən narahat olmaq üçün səbəbdir. Lakin adətən "qorxulu" simptomların bir çox hissəsi heç bir xəstəliyə işarə etmir və bir müddətdən sonra izsiz keçir.

Valideynlər bilməlidirlər ki, yeni doğulmuş uşaqların fiziologiyası bir qədər fərqli olur. Yeni doğulmuş uşaq 9 ay ərzində tam fərqli şəkildə nəfəs alır və qidalanırdı, tam fərqli mühitdə yaşayırdı. Doğuluqdan sonra isə ona yeni həyata uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır. Bu ilk "keçid dövrü" ərzində körpənin dərisi müxtəlif hallara düşür - rəngini dəyişilir, səpir, qabıq verir, körpədə müxtəlif ifrazatlar olur, süd vəziləri və cinsi üzvləri şişir və s.  

Əgər bütün bunlar körpədə həyatın ilk həftələrində baş verirsə, adətən narahatçılığa səbəb yoxdur. Bir müddətdən sonra bunlar keçib gedəcək və körpəniz tam normal adi uşaq olacaq. Lakin əgər bunlar körpədə doğulduqdan sonra yox həyatının birincı ayının sonunda müşahidə olunarsa, bu halda mütləq həkimlə məsləhətləşin.

Dəri

Ovucların və pəncələrin göyümtül olması. Yeni doğulmuşlarda qan dövranı sistemi hələ ki tam normal işləmir və bu səbəbdən qan ətraflara kifayyət miqdarda çatmır. Bu göyümtül sahələr daha çox uşaq uzun müddət hərəkətsiz qaldıqda (yatanda) gözə çarpır. Uşaq hərəkətlər etməyə başladıqda dəri çəhrayılaşmalıdır.  

Piqment ləkələri. Dərinin altında boz-göy ləkələrin olması heç bir xəstəliyin simptomu deyil və bu ləkələr bir müddətdən sonra keçir.

Nöqtələr,  civzələr,  balaca ləkələr. Əsasən valideynləri qırmızı civzələr (bəzən onların ortasında sarı başçıq olur) narahat edir. Məsələ ondadır ki, körpənin dərisi və dəridə olan məsamələr hələ ki normal qaydada fəaliyyət göstərmir. Civzələrə nə isə sürtmək və onları "müalicə etmək" lazım deyil. Bu dəriyə infeksiya düşməsinin əlaməti deyil. Bir-iki həftədən sonra civzələr keçib gedəcək.  

Xallar. Körpənin dərisində olan qırmızı xallar adətən doğuş zamanı uşaq möhkəm sıxıldığı üçün əmələ gəlir. Bir neçə gündən sonra belə xallar yox olur.

Qabıq vermə. Yeni doğulmuşların əksəriyyətində dəri bir qədər qabıq verir. Bu daha çox ovuc və pəncə hissələrində olur.

Baş hissəsində qabıq vermə. Bu tam normal haldır və bu qabıqların kəpəklə heç bir əlaqəsi yoxdur. Bəziləri fikirləşir ki, bu qabıq vermə uşağa pis qulluq olmasından xəbər verir. Bu yalnış fikirdir. Burada da heç bir müalicəyə ehtiyac yoxdur. Bir müddətdən sonra dəri özü təmizlənir.

Saçlar

Körpənin başında həm saçların çox olması həm də, demək olar, heç olmaması norma sayılır. Bu saçların çox hissəsi bir müddətdən sonra töküləcək. Yeni saçların rəngi isə tam başqa da ola bilər.

Dəridə olan tüklər. Ana bətnində olan uşağın dərisi zəif tüklərlə örtülü olur. Bəzi uşaqlarda, xüsusən də öz vaxtından tez doğulan uşaqlarda, bu tük örtüyü doğulandan sonra bel hissəsində saxlanılır. Narahat olmayın, bir-iki həftədən sonra bu tüklər töküləcək.

Baş

Başın qeyri-adi forması. Adətən yeni doğulmuşlarda başın deformasiyasının səbəbi doğuş zamanı olan başın sıxılmasıdır. Başın forması bir neçə ay ərzində bərpa olunur. Məhz buna görə həkimlər uşaqları gah bir gah da o biri böyür üstə qoymağı məsləhət edirlər ki, başın forması düzəlsin. Əgər siz uşağınızı həmişə yalnız bir böyür üstə qoysanız, uşağın başı yastı olacaq.

Əmgəklər

Cavan valideynlər bəzən narahat olurlar ki, uşağın əmgəyini zədələyə bilərlər. Narahat olmağa dəyməz. Əmgəklərin üstündə olan dəri çox bərkdir və uşağa adi baxım zamanı əmgəyi zədələmək mümkün deyil.   

Uşağın başında saçlar az olduqda əmgəyin altında nəbz vurmasını görmək olur. Bu tam normal haldır.

Əgər uşağın əmgəyi gərgin və qabarıqdırsa uşağı həkimə göstərin - bu hər hansı bir xəstəliyin əlaməti ola bilər.  

Gözlər

Şişkin və ya qızarmış gözlər. Bu adətən doğuş zamanı sıxılmanın nəticəsidir. Bir neçə gündən sonra bu keçib gedəcək. Əgər şişkinlik və qızarma qalarsa həkimə müraciət edin.

Sarımtıl ifrazat və kirpik və göz qapaqları üzərində "qabıqlar". Bu uşaqların gözlərinə düşən infeksiyanın simptomudur. Pediatra müraciət edin ki, həkim uşağa lazım olan müalicəni təyin etsin. Bəzən uşağın gözlərini ana südü ilə yumağı məsləhət edirlər. Bunu etmək olmaz.  

"Çəpgözlük". Uşaq hələ ki göz əzələlərini tam idarə edə bilmir və bu səbəbdən də onun gözləri çəpləşir. Bu çəpləşmə uşağın 6 aylığına qədər keçməlidir.

Qulaqlar