"Blue Origin" növbəti uçuş tarixini açıqlayıb


Dünya 28 Sen 2021 08:03:00 101 0

"Blue Origin" növbəti uçuş tarixini açıqlayıb

ABŞ-ın özəl aerokosmik şirkəti "Blue Origin" dörd turistlə növbəti suborbital uçuş tarixini açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Uçuş oktyabrın 12-nə planlaşdırılıb.

"Gəmidə NASA-nın keçmiş mühəndisi və "Planet Labs" şirkətinin həmtəsisçisi Kris Boşuayzen və "Dassault Systemes" şirkətində sağlamlıq şöbəsinin sədr müavini və "Medidata"nın qurucularından biri Qlen de Vri də daxil dörd astronavt olacaq. Digər iki astronavtın adları daha sonra açıqlanacaq".