Damaq və diş xəstəliklərinin profilaktikası


Digərləri 28 Sen 2021 07:31:00 55 0

Damaq və diş xəstəliklərinin profilaktikası

- Dişlərin düzgün şəkildə təmizləmək. (Bu haqda "Siz dişlərinizi düzgün təmizləyirsinizmi?" məqalədə oxuyun.) - İl ərzində 2 dəfə (hər 6 aydanbir) olmaqla mütləq stomatoloqun profilaktik müayinəsindən keçmək və dişlərin peşəkar səviyyədə təmizlənməsini yerinə yetirmək lazımdır.

Dişlərin peşəkar səviyyədə təmizlənməsi nə üçün vacibdir? Məsələ bundan ibarətdir ki, kariyesin inkişaf etməsinin əsas səbəbi olan diş daşlarının müstəqil şəkildə təmizlənməsi, əksər hallarda diş ərpinin (diş daşlarının) tam şəkildə xaric edilməsini təmin etmir. Dişlərin peşəkar səviyyədə təmizlənməsi ilk öncə diş daşlarının təmizlənməsini (mexaniki və ya ultrasəs aparatı ilə), daha sonra diş səthinin xüsusi fırçalarla hamarlanmasını, daha sonra isə tərkibində ftor elementi olan xüsusi qoruyucu lakla işlənməsindən ibarətdir. İldə 2 dəfə profilaktik olaraq stomatoloqun müayinəsindən keçmək, damaq xəstəlikləri riskinin 80%, kariyes xəstəliyinin baş vermə ehtimalının isə 40% azalmasına səbəb olur.

Təsirli profilaktika üsullarından biri də dişlərdə olan fissurların germetizasiyasından (kip bağlanma) ibarətdir. Bütün dişlərin tac hissəsinin səthində çox kiçik şırım, oyuq və kanallar (fissurlar) kariyes prosesinə daha çox meyilli olurlar. Ona görə ki, ağız boşluğunda olan bakteriyalar üçün orada yerləşmək, möhkəmlənmək və çoxalmaq üçün daha yaxşı və münbit şərait olur. Fissurların qapadılması üçün çeynəmədə iştirak edən molyar və premolyar dişlərin çeynəmə səthlərinə nazik bir qatla xüsusi qoruyucu material sürtürlər. Nəticədə fissurlar qapanmış olur ki, bu da dişlərin bir çox illər ərzində kariyesdən qorunmasına səbəb olur. Fissurların bu üsulla germetizasiyasını 6-12 aylarından başlayaraq uşaqlarda çıxan həm müvəqqəti həm də daimi dişlərə tətbiq etmək məsləhət görülür.

- Profilaktik baxışdan savayı, hər bir dişdə ilk ağrı əlamətləri hiss olunan kimi tez bir zamanda stomatoloqun qəbuluna getmək lazımdır. Hətta dişdə olan ağrını müstəqil şəkildə aradan götürə bilsəniz də, sakitləşərək həkimə getməyi təxirə salmayın! Bu halda çox yəqin ki, proses kəskin haldan xroniki hala keçmiş olur. Ağızdan pis qoxu gəldikdə, damaqlarda kista (kiçik ağrılı törəmə) əmələ gəldikdə, həmçinin damaqlardan hətta az miqdarda qanaxmalar olduqda da stomatoloqa getmək vacib hesab edilir.

- Düzgün qidalanmaq dişlərin sağlamlığı üçün də böyük əhəmiyyətə malikdir. Ağız boşluğunda milyardlarla bakteriyalar "yaşayır". Orqanizm özü daim onlarla mübarizə aparır, biz isə fırça və diş pastası ilə ona kömək edirik. Ağız boşluğunda olan bakteriyalar karbohidratları - şəkər, qənnadı məmulatları, konfetlər, makaron və s. bu kimi məhsulları çox "sevir". Onların təsirindən bakteriyaların sayı fəlakətli dərəcədə artır. Buna görə də kariyesin profilaktikası üçün imkan olduqca karbohiratları əsasən səhər və axşam yeməkləri zamanı qəbul etmək və bundan sonra isə dişləri təmizləmək çox vacib hesab edilir. Əgər siz buna riayət edə bilməyərək, nahar vaxtı karbohidratlarla zəngin olan qida qəbul etmiş olsanız, qida qəbulundan sonra vaxt taparaq dişlərinizi təmizləməli və ya ağız boşluğunuzu diş eliksiri ilə yaxalamalı, bu da mümkün olmadıqda isə, heç olmasa bir neçə dəqiqə ərzində tərkibində kselit olan saqqız çeynəməlisiniz. Saqqız çeynənməsi zamanı ağız suyun miqdarı artır. Tüpürcəyin tərkibində olan bəzi maddələr diş emalını zədələyən mikroblara qarşı antibakterial xüsusiyyətlərə malikdir. Lakin onu da bilmək lazımdır ki, saqqızı 5-7 dəqiqən artıq və acqarnına çeynəmək olmaz!

Dişlərin sağlamlığını uzun müddət ərzində qorumaq üçün, gün ərzində olan yanğı hissiyyatını qazlı və şirin içkilərlə, kofe və çay ilə deyil, su ilə aradan qaldırmaq daha xeyirli hesab edilir.

- Dişlərin sağlamlığı üçün tərkibində ftor elementi olan (yodlaşdırılmış-ftorlaşdırılmış duzlar) xörək duzundan istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Çünki, bunun nəticəsində tüpürcəyin tərkibində, dişlərin qorunmasında vacib rol oynayan ftoridlərin miqdarının artması baş verir.

- Dişlər çox soyuq və çox isti qidaları və içkiləri də (xüsusən isə onların növbələnməsini) "sevmirlər".

- Damaqların vəziyyətini yaxşılaşdırmaq, orada olan iltihabi proseslərin qarşısını almaq və ya aradan götürmək və tənəffüsü təravətləndirmək üçün xalq təbabəti vasitələrindən hesab edilən adaçayı-palıd dəmləməsindən istifadə etmək yaxşı nəticə verir. Bunun üçün 1 çay qaşığı adaçayını və o qədər də palıd qabığını götürüb üzərinə 300 ml qaynar su əlavə edin və 30 dəqiqə ərzində onu vam odda qaynadın. Alınan dəmləməni soyutmaq, süzmək və gün ərzində ağız boşluğunu onunla bir neçə dəfə yaxşı-yaxşı yaxalamaq lazımdır. Gingivit və parodontit zamanı isə belə bir sadə müalicə üsulündan da istifadə etmək olar: şəhadət barmağımıza bir qədər tənzif doladıqdan sonra onun üzərinə 5-6 damcı təmiz ağ şam ağacı yağı ("pixtovoe maslo") damızdıraraq damaqlara sürtürük. Bunu gün ərzində 2 dəfə etmək lazımdır.

Türkiyədə koronavirusdan daha 206 nəfər vəfat edib. like
  • 28 Sen 07:25  
Dünya Türkiyədə koronavirusdan daha 206 nəfər vəfat edib.

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 206

arrow Ətraflı
Qaraciyər sirrozu. SİMPTOMLAR like
  • 28 Sen 07:21  
Digərləri Qaraciyər sirrozu. SİMPTOMLAR

Qaraciyər sirrozu - qaraciyərin ağır xroniki və proqressivləşən xəstəl

arrow Ətraflı
Dövlət Departamentinin mətbuat katibi koronavirusa yoluxub like
  • 28 Sen 07:15  
Dünya Dövlət Departamentinin mətbuat katibi koronavirusa yoluxub

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays koronavirusa yoluxub.

arrow Ətraflı
Müqəddəs kitablarda adı çəkilən meyvənin like
  • 28 Sen 07:11  
Digərləri Müqəddəs kitablarda adı çəkilən meyvənin

Tövratda və Quranda adı çəkilən nar insan üçün ən xeyirli bitkilərdə

arrow Ətraflı
Kanadada onlarla fəhlə mədəndə köməksiz vəziyyətdə qalıb like
  • 28 Sen 07:05  
Dünya Kanadada onlarla fəhlə mədəndə köməksiz vəziyyətdə qalıb

Kanadada qaldırıcı liftdə qəza səbəbindən ən azı 39 nəfər mədəndə

arrow Ətraflı
Böyrək daşı xəstəliyinin müalicəsi like
  • 28 Sen 07:01  
Digərləri Böyrək daşı xəstəliyinin müalicəsi

Bu xəstəliyin müalicə metodu daşın (və ya daşların) ölçülərindən,

arrow Ətraflı
Allergiyanın diaqnostikası like
  • 28 Sen 06:05  
Digərləri Allergiyanın diaqnostikası

Allergiyanın diaqnostikasının müxtəlif üsulları vardır. Yalnız xəstən

arrow Ətraflı
Həzm sistemi xəstəliklərinin profilaktikası like
  • 28 Sen 05:06  
Digərləri Həzm sistemi xəstəliklərinin profilaktikası

1.Diş xəstəliklərinin profilaktikasını aparmadan mədə xəstəliklərinin

arrow Ətraflı
Bağırsaq disbakteriozu like
  • 28 Sen 04:03  
Digərləri Bağırsaq disbakteriozu

İnsanın bağırsağında xeyli sayda həm "yaxşı", həm də "

arrow Ətraflı
Masaj üçün qadının evinə gedən şəxs şok yaşadı: Otaqdan çıxan 4 kişi... like
  • 28 Sen 03:30  
Digərləri Masaj üçün qadının evinə gedən şəxs şok yaşadı: Otaqdan çıxan 4 kişi...

Türkiyədə kişiləri aldadaraq onlara qarşı soyğunçuluq edən dəstə sax

arrow Ətraflı
Babasil xəstəliyi (hemorroy) like
  • 28 Sen 03:04  
Digərləri Babasil xəstəliyi (hemorroy)

Babasil - insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən birid

arrow Ətraflı
İş adamından hamilə qalan Aygündən açıqsaçıq paylaşımlar like
  • 28 Sen 02:30  
Şou-biznes İş adamından hamilə qalan Aygündən açıqsaçıq paylaşımlar

Türkiyənin məşhur iş adamı Hakan Sabancı ilə münasibət yaşadıqdan so

arrow Ətraflı
Öd kisəsi xəstəliklərinin profilaktikası like
  • 28 Sen 02:02  
Digərləri Öd kisəsi xəstəliklərinin profilaktikası

Əgər sizdə bu xəstəliyə meyllilik varsa, çalışın aşağıdakı qaydala

arrow Ətraflı
Adriana şəffaf alt paltarında cazibədar bədənini nümayiş etdirdi like
  • 28 Sen 01:30  
Şou-biznes Adriana şəffaf alt paltarında cazibədar bədənini nümayiş etdirdi

Dünya şöhrətli model Adriana Lima paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı