Dövlət Departamentinin mətbuat katibi koronavirusa yoluxub


Dünya 28 Sen 2021 07:15:00 87 0

Dövlət Departamentinin mətbuat katibi koronavirusa yoluxub

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə xidmət rəhbəri "Twitter" hesabında yazıb.

O, aşılandığı peyvəndin köməyi ilə virusun ağır fəsadlarından qorunduğunu qeyd edib.

N.Prays yaxın on gün ərzində karantində olacağını bildirib.