Öd kisəsi xəstəliklərinin profilaktikası


Digərləri 28 Sen 2021 02:02:00 67 0

Öd kisəsi xəstəliklərinin profilaktikası

Əgər sizdə bu xəstəliyə meyllilik varsa, çalışın aşağıdakı qaydalara əməl edəsiniz.

- Düzgün, rasional və hissəvi qidalanma rejimi. İdealda gün ərzində eyni vaxtlarda olmaqla 5-6 dəfəlik qida rejimi məsləhət görülür (bunlardan 3-ü tam dəyərli və 3-ü isə yüngül qəlyanaltı qida qəbulu).

Hər qida qəbulu zamanı onikibarmaq bağırsağa öd ifraz olunur ki, bu da öd kisəsində durğunluğun qarşısını alır. Bu o deməkdir ki, gün ərzində az sayda qida qəbul edilməsi öd kisəsində durğunluğa səbəb olur. Onu da qeyd etmək lazımdır ki, tez-tez qida qəbul edilməsi rejiminə hər gün əməl etmək lazımdır.

Bu zaman onu da qeyd etmək lazımdır ki, öd daşı xəstəliyi olan bütün xəstələr üçün universal ümumi qida qəbulu qaydası yoxdur. Çünki müxtəlif şəxslərdə öd kisəsinin qəbul edilməsi məsləhət görülməyən qidalara olan reaksiyası fərdidir və onu qabaqcadan müəyyən etmək çox çətindir. Əksər hallarda bu qidaların az miqdarda qəbul edilməsi orqanizm tərəfindən normal şəkildə qəbul edilir. Buna görə də bir çox hallarda xolesterinli məhsulların (heyvan və quşların daxili orqanları, yumurta sarısı, kürü və s.) qəbuluna nəzarət edilməsi və sellüloz ilə zəngin olan bitki mənşəli qidaların (meyvə və tərəvəzlər) isə artırılması kifayət edir. Bundan başqa, müəyyən edilmişdir ki, öd daşlarının əmələ gəlməsinə xolesterinin artıq olması kimi, onun rasiondan tam şəkildə çıxarılması da "kömək" edir. Buna görə də mədə-bağırsaq sisteminin xəstəlikləri zamanı kərə yağı və digər piylərdən tam şəkildə imtina etmək yox, onları az miqdarda olmaqla gün ərzində bir neçə dəfəyə qəbul edilməsi tövsiyə olunur.

Qeyd etmək lazımdır ki, xeyli miqdarda qatı bulyonlar, təzə çörək-bulka məhsulları, göbələk, çox yağlı və qızardılmış (hisə verilmiş kolbasa, beyin, ördək, qaz əti və s.) qidalar, konservləşdirilmiş məhsullar, dondurma, xardal, ağ və qırmızı turp, soğan qəbul edilməsi öd daşı sancısını provakasiya edə bilər. Qidanın temperaturu da əhəmiyyətlidir - qida soyuq olmamalıdır. Axşamüstü xeyli dərəcədə qida qəbul edilməsi qadağan edilir.

- Müntəzəm nəcis ifrazı.Öd daşı xəstəliyi profilaktikası zamanı gündəlik formalaşmış nəcis və kifayət qədər də sidik ifrazı olmalıdır. Əgər qəbizliyə meyllilik olarsa, onun səbəbi ola biləcək patologiyaları (xora xəstəliyi, hemorroy, bağırsaq polipozu və s.) axtarmalı, onlar aşkar edildikdə isə qida rejimini və həyat tərzini dəyişmək lazımdır. Özünüz üçün hər gün 0,5 kq meyvə- tərəvəz, 1,5-2 litr maye qəbul edilməsini qayda kimi qəbul edin. (Qəbizliyin profilaktikası haqqında səh.-də oxuyun.)

- Bəbən çəkisinin normal olması. Piylənmə və artıq çəkinin olması öd daşlarının əmələ gəlmə riskini artırır. Ona görə də çəkisi artıq olanlar onu mütləq aşağı salmalıdırlar. Ancaq bunu çox ehtiyatla etmək lazımdır. Aşağı kalorili pəhrizlər və ya aclıqla müalicə üsulu bu zaman qəti olaraq yolverilməzdir! Çəkinin tez bir zamanda aşağı salınması da öd daşlarının əmələ gəlməsinə gətirib çıxarır. Çəkinin aşağı salınması həftə ərzində orta hesabla 0,5-1 kq miqdarında olmalıdır.

Bədən çəkisini optimal rəqəmlərə çatdırdıqdan sonra sizin əsas vəzifəniz - sağlam pəhrizə əməl edilməsi və fiziki hərəkətlərin davam etdirilməsindən ibarətdir.

- Aktiv həyat tərzi. Sistematik olaraq bədənə fiziki gərginliklər vermək həm bütövlükdə insan orqanizmi üçün, həm də öd kisəsi üçün çox vacibdir. Fiziki aktivliyin olmadığı halda orqanizmdə olan mübadilə prosesləri kimi, ödün ifraz olunması da xeyli dərəcədə ləngimiş olur;

- Mədə-bağırsaq sistemi xəstəliklərinin, infeksiya ocaqlarının - kariesli dişlər, sinusitlər (haymorit), otitlərin, helmintozların (lyambliya, askarida və digər qurdlar) müalicəsi;

- Zərərli adətlərdən (siqaret çəkmək, alkoqollu içkilərin qəbul edilməsi) imtina edilməsi.

Adriana şəffaf alt paltarında cazibədar bədənini nümayiş etdirdi like
  • 28 Sen 01:30  
Şou-biznes Adriana şəffaf alt paltarında cazibədar bədənini nümayiş etdirdi

Dünya şöhrətli model Adriana Lima paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Osteoporozun profilaktikası like
  • 28 Sen 01:02  
Digərləri Osteoporozun profilaktikası

- Bədən çəkisinin aşağı olması (bədən kütləsi indeksinin 20 kq/m-də

arrow Ətraflı
Günün qoroskopu: Sənədlər və mürəkkəb avadanlıqla çalışmaq olar like
  • 28 Sen 00:01  
Digərləri Günün qoroskopu: Sənədlər və mürəkkəb avadanlıqla çalışmaq olar

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb like
  • 27 Sen 23:58  
Digərləri Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr

arrow Ətraflı
Türkiyədə bu gün koronavirusdan 206 nəfər ölüb like
  • 27 Sen 23:55  
Dünya Türkiyədə bu gün koronavirusdan 206 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 206 nəfər ölüb.

arrow Ətraflı
Əməkdar artist xəstəxanaya yerləşdirildi  FOTO like
  • 27 Sen 23:50  
Digərləri Əməkdar artist xəstəxanaya yerləşdirildi FOTO

Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Niftulla Əsgəro

arrow Ətraflı
Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ümumilikdə 58 min 109 ağac əkilib like
  • 27 Sen 23:45  
Digərləri Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ümumilikdə 58 min 109 ağac əkilib

27 sentyabr - Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ağacək

arrow Ətraflı
Həkimnutrisioloq: Hormonlar yoxlanılmadan özbaşına təyin edilmiş pəhriz müsbət nəticə vermir like
  • 27 Sen 23:39  
Digərləri Həkimnutrisioloq: Hormonlar yoxlanılmadan özbaşına təyin edilmiş pəhriz müsbət nəticə vermir

Hormonlar orqanizmdə maddələr mübadiləsini tənzimləyir. Hormonlarda baş

arrow Ətraflı
Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb like
  • 27 Sen 23:15  
Digərləri Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb

Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakist

arrow Ətraflı