Əməkdar artist xəstəxanaya yerləşdirildi FOTO


Digərləri 27 Sen 2021 23:50:00 151 0

Əməkdar artist xəstəxanaya yerləşdirildi  FOTO

Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Niftulla Əsgərov xəstəxanaya yerləşdirilib.

Son.az bildirir ki, bu barədə oxu.az-a aktyor özü məlumat verib.

O, bildirib ki, bir müddət əvvəl ürəyinə stent qoyulub: "Müalicə alırdım və dərmanlar mədəyə fəsad verib və həmin orqanımda daxili qanaxma baş verib. Bir neçə gün əvvəl komaya düşdüm. Həkimlərin səyi ilə indi vəziyyətim stabildir".

Əməkdar artist əlavə edib ki, sabah yenidən ürəyinə stent qoyulacaq.