Göygöldə zəncirvari qəzada avtomobillərə ciddi ziyan dəyib


Digərləri 27 Sen 2021 23:20:00 125 0

Göygöldə zəncirvari qəzada avtomobillərə ciddi ziyan dəyib

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun "Mal bazarı" adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "NİVA", "VAZ 2106", "VAZ 2107" və "Opel" markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.