Neftçalada pambıq zavodunda yanğın olub


Digərləri 27 Sen 2021 21:50:00 116 0

Neftçalada pambıq zavodunda yanğın olub

Neftçala rayonununun pambıq zavodunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Qədimkənd kəndi yaxınlığında pambıq zavodunun ərazisində çəkisi 183 ton olan pambıq bağlamalarının 153 kiloqramı yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb, pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.