Əsəb və stresə qarşı 7 maraqlı üsul Hər gün edin


Digərləri 27 Sen 2021 21:54:00 94 0

Əsəb və stresə qarşı 7 maraqlı üsul  Hər gün edin

Günümüzdə çox problemlərin və xəstəliklərin əsas səbəbi kimi göstərilən stress getdikcə bizə hakim olmağa başlayır.

Fikirlər qarışır, insan gündəlik həyatından zövq ala bilmir, diqqəti dağılır, sanki içində nəsə ağır bir yük gəzdirir, səbəbsiz həyəcanlanır, bədənində müxtəlif yerlərdə xırda ağrılar başlayıb qəfil də itir, hər xırda səbəb onu özündən çıxarır. Bütün bunlar stressin boğaza kimi yığıldığının əlamətidir.

Son.az psixoloqların stressi dəf etmək, ondan xilas olmaq üçün irəli sürdükləri ən qeyri-adi və ağlınıza gəlməyəcək, amma effektiv metodları bir yerə toplayıb.

Məsləhətdir ki, bunlardan ən azı 3-nü seçib, həftədə 1-2 dəfə edəsiniz.

1. Saçları daramaq

Ofis işində çalışanların günü monitor qarşısında keçir. Üstəlik smartfonlar da insanın uzun müddət üz mimikası və gözlərinin gərginləşməsinə səbəb olur. Belə insanlar tez qocalır, qaş-qabaqlı olur, üzü qırışır, başları ağırlaşır, ağrıyır.

Bundan xilas olmaq üçün sizə saçları daramaq məşğələsi tövsiyyə olunur. Özü də 1-2 dəqiqə daradım bitdi yox. Azı 10 dəqiqə saçınızı dibdən ucu yumşaq daraqla aramla sağdan sola, soldan sağa, masaj edərək daramaq lazımdır. Bu prosedur başdakı qanı qovacaq, əzələləri boşaldacaq, başınızı rahatladacaq.

2.Dondurma və ya şokolad yeyin

Şokoladlı dondurma antistress dopinqidir. Əgər stresin dozasını azaltmaq istəyirsizsə, axşamlar aram-aram dondurma və ya banan yeyin. Bu qidalar antidepressantlardan yaxşı təsir göstərir.

3.Ovuclarınızı sürtün

Əsəb gərginliyini azaltmaq üçün bu metodu işdə, evdə hər yerdə edə bilərsiz.

Var gücünüzlə ovuclarınızı sürtüb, onları istilədin. Sonra bu isti ovuclarla qulaqlanızı ovuşdurun.