Koronavirusa yoluxmaqdan 100% qoruyan 2 amil AÇIQLANDI


Digərləri 27 Sen 2021 21:10:00 121 0

Koronavirusa yoluxmaqdan 100% qoruyan 2 amil AÇIQLANDI

Koronavirusa yoluxmadan 100% zəmanətli qorunma üsulu açıqlanıb.

Son.az xəbər verir ki, britaniyalı infeksionistlərin elmi tədqiqatlarının nəticəsi The Telegraph nəşrində çap olunub.

Alimlər bildirib ki, virusa yoluxmaqdan 100% qoruyan yalnız 2 amil ola bilər: 1- İnsan artıq bir və ya iki dəfə təbii olaraq xəstəliyə yoluxub və sağalıb 2- İnsan Pfizer və ya Moderna peyvəndindən 2 doza alıb.

Yalnız bu vaksinlər 97% qoruyuculuğa malikdir və daha güclü antitellər yaradır. Alimlər bu immuniteti hibrid adlandırır.

Məşhur infeksionist Nikolay Malışev bildirib ki, britaniya alimlərinin bu elmi işi 100%lik zəmanət deyil və tam əminlik yaratmır. İstənilən tədqiqat bir neçə dəfə və daha çox sayda insan üzərində təkrar yoxlanmalıdır.