Müharibədən sonra ermənilərin gündəlik həyat şəraiti kəskin pisləşib Fransa qəzeti


Siyasət 27 Sen 2021 20:24:00 143 0

Müharibədən sonra ermənilərin gündəlik həyat şəraiti kəskin pisləşib  Fransa qəzeti

Fransanın "Le Monde" qəzetində müharibədən bir il sonra ermənilərin gündəlik həyatının necə dəyişməsindən bəhs edən məqalə dərc edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, məqalədə qeyd olunur ki, Birinci Qarabağ müharibəsində ermənilər Dağlıq Qarabağı və ətrafdakı əraziləri işğal edərək 600 min azərbaycanlını bu ərazilərdən qovub.

Müəllifin sözlərinə görə, bir il əvvəl Azərbaycana qarşı məğlubiyyətdən sonra mübahisəli anklava qayıdan ermənilərin gündəlik həyatı kəskin şəkildə dəyişib. Ermənistanda işsizlik səviyyəsi də artıb. Bakının nəzarəti altına keçən bufer zonalarda yaşayan ermənilərin əksəriyyəti fermer idi və hazırda isə əkin sahələrinin 60%-i olan Qarabağı Azərbaycan geri qaytarıb.

Məqalədə hazırda əsas problemin təhlükəsizlik məsələsi olduğu qeyd edilib.

Yazıda Azərbaycanın Şuşanı mədəniyyət paytaxtı elan etdiyi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi üçün fond təsis edildiyi, Şuşaya artıq səfərlərin başlandığı və Azərbaycanın şəhəri turizm mərkəzinə çevirmək məqsədi güddüyü bildirilib.