Azərbaycanla Türkiyə arasında hərbitexniki təminat məsələləri müzakirə edilib


Siyasət 27 Sen 2021 20:26:00 126 0

Azərbaycanla Türkiyə arasında hərbitexniki təminat məsələləri müzakirə edilib

Sentyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini cənab Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Tərəflər maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə görüləcək işləri ətraflı müzakirə ediblər.

Görüşdə Türkiyənin müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahları və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri müzakirə edilib.