Azərbaycan və Türkiyə bu sazişin müddətini uzatdı


Digərləri 27 Sen 2021 20:06:00 99 0

Azərbaycan və Türkiyə bu sazişin müddətini uzatdı

Azərbaycan və Türkiyə "Şahdəniz-1" yatağında qaz tədarükü ilə bağlı sazişin müddətini uzadıb.

Bu barədə məlumatı Trend-ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) təsdiqləyiblər.

SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov qaz tədarükü ilə bağl sazişin mövcud olduğunu bildirib: "Tədarüklə bağlı sazişin olduğunu təsdiq edirəm. Detalları hələlik şərh etmirik".

Türkiyə KİV-lərinin məlumatına əsasən, sazişin qüvvədə olma müddəti 2024-cü ildə bitir.

Qeyd edək ki, Azərbaycandan Türkiyəyə illik 6,6 milyard kubmetr qazın tədarükü ilə bağlı 2001-ci ildə imzalanmış müqavilənin müddəti 2021-ci il aprelin 16-da bitmişdi.