Heydər Əliyev Mərkəzi üzərində bayrağımızın proyeksiyası FOTO


Digərləri 27 Sen 2021 19:56:00 118 0

Heydər Əliyev Mərkəzi üzərində bayrağımızın proyeksiyası  FOTO

27 sentyabr - Anım Günü münasibətilə Bakıda Heydər Əliyev Mərkəzinin binası üzərində xüsusi işıqlandırma ilə Azərbaycan bayrağı proyeksiya edilib.

Son.az Trend-ə istinadən Heydər Əliyev Mərkəzindən görüntüləri təqdim edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür.

44 gün davam edən Vətən müharibəsində haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.