Avropada qazın qiyməti 900 dollara yaxınlaşır


Digərləri 27 Sen 2021 19:42:00 134 0

Avropada qazın qiyməti 900 dollara yaxınlaşır

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 900 ABŞ dollarına yaxınlaşıb.

Bu barədə Son.az "APA-Economics"ə istinadən xəbər verir.

Məlumata görə, 21 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti 895,3 dollara yaxınlaşıb. Hərracların açıldığı vaxt bu göstərici 853 dollara yaxın idi.

Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Əgər bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları üstələyirdisə, 15 sentyabr tarixində tarixi rekordu qıraraq 960 dollardan artıq olub.