“Atam məni oyandırdı ki, “dur, müharibə başladı” Qara Qarayev


Digərləri 27 Sen 2021 19:12:00 120 0

“Atam məni oyandırdı ki, “dur, müharibə başladı”  Qara Qarayev

"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev 27 sentyabr - Anım günü ilə bağlı paylaşım edib. 

Son.az yenisabah.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi feysbuk hesabında ötən ilin bu günü başlayan Vətən müharibəsiylə bağlı bunları qeyd edib:

"29 il sonra Qarabağa doğru ilk addım elə bu dəqiqələrdən başladı. Səhər tezdən - 06:00 radələrdində atam oyandırdı məni, "dur, müharibə başladı". Tez oyandım və mənə ilk olaraq "tez internetdə nələr yazır, bax", dedi... O dəqiqədən sonra yazıları əsgərlərimiz yazdı... Öz qanı ilə, canı ilə Vətən yazdılar. Əbədi olaraq yaddaşlara yazdılar. Bütün dünyaya yazdılar. Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır! Şəhidlərimizi böyük ehtiramla anırıq!".