Rusiyada koronavirusdan ölənlərin sayı 204 mini ötüb


Digərləri 27 Sen 2021 19:18:00 117 0

Rusiyada koronavirusdan ölənlərin sayı 204 mini ötüb

Rusiyada son sutka ərzində daha 22 236 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 7 443 149 nəfərə çatıb.

Son sutka ərzində 779 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 204 679 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.