Tovuzda 27 sentyabr Anım Günü tədbiri keçirilib FOTO


Digərləri 27 Sen 2021 18:08:00 236 0

Tovuzda 27 sentyabr Anım Günü tədbiri keçirilib  FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü olaraq təsis edilmişdir. Bununla bağlı Tovuz şəhər Şəhidlər Xiyabanında Anım Günü ilə əlaqədar tədbir təşkil olunmuşdur.

Son.az reportyor.info-ya istinadla xəbər verir ki,tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov şəhidlərimiz əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdikdən sonra Rəşadətli Ordumuzun keçdiyi döyüş yolundan, Müzəffər Ali Baş Komandanımızın müharibə zamanı göstərdiyi qətiyyətdən söz açmışdır.

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Qənirə xanım Paşayeva və Arzu Nağıyev, rayon ictimaiyyətinin nümayəndəsi Mücaməddin Axundov, şəhid leytenant Vasif Heydərovun anası Şövkət Məmmədova, şəhid leytenant Aqil Məcidovun atası Aydın Məcidov, şəhid Röyal Aslanovun atası Elzar Aslanov və Vətən müharibəsi Qazisi Şamil Məmmədov çıxış edərək şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tovuzlular adından öz təşəkkürlərini bildirmişlər.

Bütün şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra Vətən Müharibəsi şəhidlərimizin xatirəsinə qurulmuş lövhənin, Şəhidlər Xiyabanındakı əbədi məşəl abidəsinin və burada ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri qoyularaq əziz xatirələri böyük ehtiramla yad edilmişdir.