Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın vəziyyəti necədir?


Şou-biznes 27 Sen 2021 18:00:00 170 0

Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın vəziyyəti necədir?

Koronavirusa yoluxmuş Şuşa Musiqili Dram Teatrının rəhbəri, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşdiyindən Zığ qəsəbəsindəki Modul Tipli Xəstaxanaya yerləşdirlib.

Son.az yenisabah.az-a istinadən xəbər verir ki, Y.Muradov özünün hazırkı vəziyyəti ilə bağlı Modern.az-a açıqlama verib. O, vəziyyətinin orta-stabil olduğunu söyləyib:

"Vəziyyətim orta- stabildir. Modul tipli xəstəxanda yatılı vəziyyətdə müalicə alıram".

Qeyd edək ki, Y. Muradov 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur. O, vaxtilə ANS televiziyasında yayımlanan "Qulp" verilişinin aparıcı obrazlarından biri - "Aşıq Yedigar" kimi tanınıb.