Gürcüstanın Baş naziri: "Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik"


Digərləri 27 Sen 2021 16:58:00 84 0

Gürcüstanın Baş naziri: "Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik"

"Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçilik təklif edirik".

Son.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, iyun ayında Gürcüstan iki qonşu ölkə arasında uğurlu vasitəçilik edib və bu, presedenti olmayan hadisə oldu.

Baş nazir bildirib ki, Cənubi Qafqazda sülh təşəbbüsü bu prosesin davamıdır: "Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik".