İran MAQATE üzvlərini bu mərkəzə buraxmadı


Digərləri 27 Sen 2021 16:28:00 173 0

İran MAQATE üzvlərini bu mərkəzə buraxmadı

İran MAQATE inspektorlarının sentrofuq toplama mərkəzini ziyarət etməsinə izn verməyib.

Son.az axar.az-a istinadən bildirir ki, bu məlumatı "Tayms of İsrail" qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, MAQATE nümayəndələri İranla razılaşma çərçivəsində mərkəzdəki kameraları təmir etmək və yeniləmək istəyiblər.

Qəzet İranın MAQATE-yə niyə inspektorları mərkəzə buraxmamaq barədə izahat göndərməyə hazırlaşdığını bildirib. İzahatda İran tərəfinin imtinanın təhlükəsizlik problemləriylə əlaqədar olacağını açıqlayacağı vurğulanıb.