Ərdoğan Putinlə nəyi müzakirə edəcək?


Digərləri 27 Sen 2021 16:04:00 112 0

Ərdoğan Putinlə nəyi müzakirə edəcək?

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan sentyabrın 29-u Moskvaya səfər etməyi planlaşdırır. Türkiyənin Haber7.com saytında Ərdoğanın Rusiya prezidenti Vladmir Putinlə müzakirə edəcəyi məsələlərə dair məqalə dərc olunub. Məqalənin müəllifi Haber7.com-un yazarı Taha Dağlıdır. Novator.az "Putinlə müzakirə olunası çox ciddi mövzular var" başlıqlı məqaləni Azərbaycan türkcəsinə çevirib.

Son.az modern.az-a istinadən həmin məqaləni təqdim edir.

Türkiyənin dövlət başçısı Rəcəb Teyyub Ərdoğanın Rusiyaya səfəri zamanı çox ciddi məsələlərin müzakirəsi gözlənir. Məhz buna görə Kreml Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü ikitərəfli münasibətlər yaranandan bəri ən geniş mövzuların müzakirə olunacağı bir görüş kimi dəyərləndirir.

Suriyada müxalifətçilərin iki qalası - Dəra və İdlib var. Rusiya, Suriya rejimi və İran Dəranı alıb. İndi növbə İdlibə çatıb.

İdlibdə genişmiqyaslı hərbi əməliyyatlar aparılsa, bu ərazilərdən insan köçü də başlana və bu, Türkiyəni çətin vəziyyətə sala bilər.

Rusiya hazırda həm İdlibi bombalayır, həm də Türkiyəni günahlandır.

İdliblə bağlı ən son memorandum 2020-ci il martın 5-də imzalanıb.

Meydandakı aqressivliyi nəzərə aldıqda memorandumun yenilənməsinə ehtiyac yaranır.

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda suriyalı həmkarı Bəşər Əsədi qəbul edib. O, görüş zamanı Suriya ərazisinin 90 faizinə onun, yəni Bəşər Əsəd rejiminin nəzarət etdiyini qeyd edib. Deməli, Putin hesab edir ki, qalan 10 faiz ərazi İdlibdir.

Putin PKK-PYD terror qrupunun işğalı altında olan Fərat çayının şərqindəki ərazini Suriya torpağı saymır.

Əgər Putin riyazi səhvə yol vermirsə, bununla Fəratın şərqindəki terror təşkilatına muxtariyyət verilməsi mesajını vermiş olur. Rusiya əvvəllər də PKK-PYD-yə belə bir jest edib.

Putinin bu sözlərindən iki gün sonra Moskvada Rusiya xarici işlər nazirinin köməkçisi PYD terror təşkilatının lideri, İlham Əhməd adını daşıyan terrorçu qadını (o, bir vaxtlar Qəndildə xidmət etmiş məhşur PKK terrorçusudur) qəbul etdi.

Ortada Qafqaz məsələsi də var.

Bugünlərdə Türkiyə, Azərbaycan və Pakistan birlikdə "Üç qardaş-2021" adlı beynəlxalq təlimlər keçirib.

Türkiyə ilə Azərbaycanın başqa birgə hərbi təlimləri də olub.

Rusiya bunlardan da narahatdır və xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova vasitəsilə öz narahatlığını Bakıya çatdırıb.

Beləliklə, son iki həftədə Rusiya Türkiyəyə qarşı üç taktika işlədib. Ərdoğan-Putin görüşünə qədər, hələ dəyirmi masa qurulmamış Rusiya Türkiyəyə həm İdlib, həm PYD, həm də Cənubi Qafqazla bağlı barmaq silkələyib.

Rusiyanı Türkiyəyə qarşı aqressivləşdirən səbəblərə nəzər salaq.

Ukrayna-Türkiyə əlaqələri.

Ukraynanın NATO ilə bağlı Türkiyədən dəstək istəməsi və Türkiyənin buna şifahi razılıq verməsi.

Ukraynanın Krım işğalına münasibəti. Türkiyənin Krımın işğalına əvvəldən baxışı.