Yunanıstanda güclü zəlzələ olub


Dünya 27 Sen 2021 14:52:00 115 0

Yunanıstanda güclü zəlzələ olub

Yunanıstanın Krit adasında Rixter cədvəli ilə 6,5 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri İraklion şəhərindən 20 kilometr məsafədə, yerin 2 kilometr dərinliyində qeyd alınıb.

Hadisə nəticəsində bir nəfər həlak olub, daha 9 nəfərin isə xəsarət aldığı deyilir.

Qeyd olunub ki, birinci təkandan sonra 3,6 bal, 3,7 bal və 4,3 bal gücündə ard-arda üç təkan qeydə alınıb.

Son.az