Şuşada şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub


Digərləri 27 Sen 2021 14:48:00 127 0

Şuşada şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Erməni işğalından azad edilən Şuşada canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub.

Son.az Trend-ə istinadən bildirir ki, ölkəmizin bütün ərazisində, o cümlədən Şuşada sentyabrın 27-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilib. İnsanlar şəhid əsgər və zabitlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Bayraq meydanına Dövlət Himnimizin sədaları altında üçrəngli bayrağımız qaldırılıb, havaya yaylım atəşə açılıb. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.