27 Sentyabr 30 illik kədəri böyük sevincə çevirən prosesin başlandığı gündür


Siyasət 27 Sen 2021 14:50:00 119 0

27 Sentyabr 30 illik kədəri böyük sevincə çevirən prosesin başlandığı gündür

27 Sentyabr azərbaycanlı qardaşlarımızın qəlbində 30 illik kədəri böyük bir sevincə çevirən prosesin başlandığı gündür

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter"də bildirib.

F.Altun qeyd edib ki, sentyabrın 27-də Azərbaycan Ermənistanın qanunsuz işğalına qarşı beynəlxalq hüququn tələblərinə əsaslanaraq hərbi əməliyyata başlayıb:

"Ordusu və xalqı ilə birlikdə çox qısa zamanda Qarabağı azad edərək böyük bir dastan yazan qardaş Azərbaycanı və xalqını təbrik edirəm".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Son.az