Ermənistandan yeni siyahı:


Digərləri 27 Sen 2021 14:10:00 129 0

Ermənistandan yeni siyahı:

Ermənistan II Qarabağ müharibəsində ölənlərlə bağlı yeni rəqəmləri açıqlayıb.

Son.az axar.az-a istinadən bildirir ki, məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.

Məlumata görə, 44 günlük müharibə dövründə ölənlərin sayı 3781 nəfər təşkil edib. Komitə hələ də 231 hərbçisinin və 22 mülki şəxsin taleyi haqqında məlumat ala bilmədiyini açıqlayıb.

Rəsmi İrəvan indiyə qədər Azərbaycanın Ermənistana 108 hərbçi və mülki şəxsi qaytardığını bildirib.