Zəngəzur dəhlizi bölgənin açarıdır


Digərləri 27 Sen 2021 13:52:00 124 0

Zəngəzur dəhlizi bölgənin açarıdır

Ermənistan maneə yaratmaq cəhdləri ilə özünü təcrid edir

Son.az Real TV-yə istinadən bildirir ki, Zəngəzur dəhlizi Azərbaycanın Zəngilan rayonunun Naxçıvanla birləşdirilməsi ilə yanaşı həm də regionda Türkiyə, İran, Rusiya və Ermənistan üçün iqtisadi baxımdan yeni perspektivləri açır. Lakin işığa açılan qapısı məsələsində Ermənistan addımlar atmaq istəmir.

Zəngəzur dəhlizi bir çıxışlı deyil, burada avtomobil, qatarla ölkələrin bir birinə çıxışı var. Deməli bayaq dediyimiz Rusiya, Türkiyə, İran elə Ermənistanın özü bahalı hava nəqliyyatını dəmir və avtomobil yolu ilə əvəz edə biləcək. Bunu Azərbaycan tərəfi dəfələrlə məntiqli şəkildə izah edib. Zəngəzur dəhlizinin reallaşdılmasının yubanması məsələsində ən çox itirən blokada şəraitində olan Ermənistandır. Çünki digər ölkələrin alternativ yolları var. Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində qələbə əldə etdi. Təslim olan Ermənistan noyabrın 10-da Azərbaycan və Rusiya liderləri ilə atəşkəs bəyanatı imzaladı. Bəyanatda qeyd olunan məsələlərdən biri də, Naxçıvanı Azərbaycanın digər hissələri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır.