Xərçənglə effektli mübarizə yolları


Digərləri 27 Sen 2021 13:40:00 133 0

Xərçənglə effektli mübarizə yolları

Xərçəng xəstələri genetik testlərlə müalicə olunacaq

Son.az Real TV-yə istinadən bildirir ki, bu sözləri türkiyəli həkim Berrin Pehlivan açıqlamasında bildirib. Onun sözlərinə görə, radio şüanın fəsadları xəstələrdə psixoloji problemlərə yol açdığından genetik testlərlə müayinə daha effektli olacaq.

Əvvəllər xərçəng xəstəliyinin müalicəsi olmadığından ölüm hallarının çox olduğunu deyən həkim onu da əlavə etdi ki, indiki dövrdə müasir pereparatlar xəstəliklə daha asan mübarizə aparmağa, sağlamlığa qovuşmağa imkan verir. Yetər ki, digər xəstəliklər kimi onu da vaxtında müalicə edəsən. Həkim-radioloq onu da bildirdi ki, əvvəllər dünyada bu xəstəliyin yaşı cavanlaşsa da, artıq belə bir tendensiya müşahidə olunmur. Ümumilikdə isə orqanlar üzrə dünyada döş vəzi xərçəngi, ağ ciyər və prastat vəzi xərçəngi geniş yayılıb. Bu xəstəliyin özü də cinsə görə dəyişir. Qeyd edək ki, bu xəstəlik dünyada yayılıb. Xəstəliyin daha çox ayaq tutub yeridiyi ölkə Macarıstan, nisbətən az yayılan ölkə isə Makedoniya hesab olunur.