Almaniyada hökumət necə qurulacaq?


Dünya 27 Sen 2021 13:10:00 109 0

Almaniyada hökumət necə qurulacaq?

Almaniyada keçirilən parlament seçkilərində 5 partiya parlamentə daxil olub.

Son.az modern.az-a istinadən xəbər verir ki, heç bir partiya mütləq səs çoxluğu qazanmadığı üçün koalision hökumətin formalaşması qaçınılmazdır.

Qurulacaq hökumətlə bağlı 3 mümkün ssenari irəli sürülür:

Sosial Demokratlar Partiyası ilə Xristian Demokratlar Birliyinin "böyük koalisiyası) - 402 kürsü

Sosial Demokratlar Partiyası, liberallar və "Yaşıllar"dan ibarət "svetofor koalisiyas"sı - 426 kürsü

Xristian Demokratlar Birliyi , liberallar və "Yaşıllar"dan ibarət "Yamayka koalisiyas"sı  - 406 kürsü

Parlamentdə çoxluq formalaşdırmaq üçün 733 deputat kürsüsündən 368-i müvafiq siyasi qüvvənin tərəfində olmalıdır.